Modern.az

Britaniya parlamentində siçan və siçovullar aşkarlandı 

Britaniya parlamentində siçan və siçovullar aşkarlandı 

Dünya

14 Avqust 2023, 00:32

Britaniya parlamentində çoxlu sayda siçovul və siçan aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri yazıb.

 

Bildirilir ki, bu səbəbdən Heyvanları Xilasetmə Mərkəzi Böyük Britaniyanın İcmalar Palatasının (parlamentin aşağı palatası) binasındakı sığınacaqlara pişik yerləşdirməkdən imtina edib.

 

İcmalar Palatası pişiklər üçün "uyğun olmayan mühit" hesab edilib, çünki binada ev heyvanları üçün təhlükəli olan zəhərli gəmiricilər var.

 

Bildirilir ki, siçan və siçovullar üçün nəzərdə tutulan tələlər pişiklər üçün risk yaradır.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!