Modern.az

Priqojinin təyyarəsi qəzaya uğradı - 10 nəfər öldü

Priqojinin təyyarəsi qəzaya uğradı - 10 nəfər öldü

Dünya

23 Avqust 2023, 21:03

Rusiyanın Tver vilayətinin Kujenkino kəndi yaxınlığında “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyi qəza nəticəsində 10 nəfərin öldüyünü bildirib.

 

Moskvadan Sankt-Peterburqa uçan təyyarədə üç pilot və yeddi sərnişin olub.

 

Rusiya hüquq-mühafizə orqanlarına yaxın "Baza" kanalı və jurnalist Kseniya Sobçak öz mənbələrinə istinadən bildirirlər ki, qəzaya uğrayan təyyarə "Vaqner" muzdlularının sahibi Yevgeni Priqojinə məxsusdur. 

Sizə yeni x var
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu