Modern.az

Ukrayna müharibəsindən yazanlara hökm oxundu - 11 il...

Ukrayna müharibəsindən yazanlara hökm oxundu - 11 il...

Dünya

29 Avqust 2023, 10:50

Rusiyada jurnalist Maykl Naki və hərbi ekspert Ruslan Leviyev qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Modern.az "Sever.Realii"yə istinadən xəbər verir ki, onlar Ukraynadakı müharibə ilə bağlı nəşrlərə görə Rusiya ordusu haqqında “saxta xəbərlər” yaymaqda təqsirli biliniblər.

 

Avqustun 10-da Rusiya Baş Prokurorluğu Leviyev tərəfindən açıq mənbələrdən istifadə etməklə hərbi münaqişələri araşdıran təşkilatı - Münaqişələrin Kəşfiyyat Qrupunu "arzuolunmaz" kimi tanıyıb.

 

Leviyev Naki ilə birlikdə Ukraynadakı müharibə haqqında müntəzəm olaraq xəbərlər dərc edirlər. Hər ikisi Rusiyadan kənardadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu