Modern.az

Paris merindən hiddət doğuran addım: Separatçılarla görüşdü - YENİLƏNİB

Paris merindən hiddət doğuran addım: Separatçılarla görüşdü - YENİLƏNİB

Dünya

30 Avqust 2023, 13:10

Fransanın paytaxtı Paris şəhərinin meri Ann Hidalqo növbəti təxribata imza atıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Sünik vilayətinə (Zəngəzur) gəlib.

 

Gorusda mer qondarma rejimin "xarici işlər naziri" Sergey Qazaryanla görüş keçirib.

 

Sünikin qubernatoru Robert Qukasyan və Gorus icmasının rəhbəri Aruş Aruşanyan görüşdə iştirak ediblər.

 

 

***

10:38

 

Fransanın paytaxtı Paris şəhərinin meri Ann Hidalqo Ermənistana səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə mer X-dəki səhifəsində məlumat verib.

 

***

29.08.2023 / 13:20

 

Fransanın paytaxtı Paris şəhərinin meri Ann Hidalqo Ermənistana səfər edəcək.

 

Modern.az "Armenpress"ə istinadən xəbər verir ki, səfər sabah baş tutacaq.

 

Səfər çərçivəsində o, Azərbaycanla sərhədə gələcək.

 

Paris merinin səfərinin məqsədinin "Qarabağ erməniləri üçün humanitar yardım gətirmək" olduğu qeyd olunub.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!