ABŞ-la hərbi təlim keçirmək Ermənistanın suveren qərarıdır.
Modern.az xəbər verir ki, bunu "Azadlıq Radiosu"nun erməni xidmətinə Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan deyib.
O bildirib ki, bu təlimlə Ermənistanın suverenliyini itirmir:
“Mən başa düşürəm ki, müxtəlif tərəflərin narahatlıqları və şikayətləri ola bilər, lakin bu, Ermənistanın suveren qərarıdır. Hesab edirəm ki, bu, həm də Ermənistan-Amerika münasibətlərinin dərinləşməsinin göstəricisi və nəticəsidir",
Qeyd edək ki, Ermənistanla ABŞ arasında “Eagle Partner 2023 ” birgə hərbi təlimlər keçiriləcək. Təlimlər sentyabrın 11-dən 20-dək Ermənistanda baş tutacaq.