Modern.az

İsveç NATO üzvlüyü üçün Ankaranı gözləyir

İsveç NATO üzvlüyü üçün Ankaranı gözləyir

Dünya

8 Sentyabr 2023, 09:52

İsveç NATO-ya qoşulmağa tam hazırdır və Türkiyə parlamentinin payızda bunu təsdiqləyəcəyini gözləyir.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström Riqada Baltikyanı və Skandinaviya ölkələrinin xarici işlər nazirlərinin mətbuat konfransında deyib.

 

İsveçin NATO-ya üzvlük ərizəsinin oktyabrda ratifikasiya üçün Türkiyə parlamentinə göndəriləcəyi gözlənilir.

 

“İsveçin NATO-ya qəbulu prosesinin başa çatması həm İsveçin, həm də NATO-nun təhlükəsizliyi üçün çox vacibdir. Biz öz tərəfimizdən buna tam hazırıq və Ankarada ratifikasiya prosesinin başlamasını gözləyirik", - o bildirib.

 

İsveç parlamenti ölkənin alyansa daxil olmasını martın 22-də, Finlandiya parlamenti isə martın 1-də qəbul edib. Finlandiya aprel ayında rəsmi olaraq NATO-ya qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu