Modern.az

Zaxarova Moskva-İrəvan arasına "nifrət və qorxu səpənlərdən" ŞİKAYƏTLƏNDİ

Zaxarova Moskva-İrəvan arasına

Dünya

8 Sentyabr 2023, 10:14

"Təxribatlara uymayın. Bizim ümumi tariximiz və ümumi gələcəyimiz bütün bunlara tab gətirəcək".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Rusiya-Ermənistan media forumunun iştirakçılarına müraciətində yer alıb.

 

"Hətta ən çirkin təxribatlar da uğursuzluğa düçar olub, forum baş tutub və bundan sonra da fəaliyyət göstərəcək. Aydındır ki, bu təxribatın arxasında ölkələrimizin və onların xalqlarının yaxınlaşmasında maraqlı olmayan qüvvələr dayanır", - deyə Mariya Zaxarova bildirib.

 

"Onları bunun əksi maraqlandırır - insanları özündən uzaqlaşdırmaq, nifrət, qorxu, inamsızlıq səpmək", - müraciətdə deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu