Modern.az

Ermənistanda qərbyönümlü mətbuat meydan sulayır - Rusiya XİN

Ermənistanda qərbyönümlü mətbuat meydan sulayır - Rusiya XİN

Dünya

8 Sentyabr 2023, 10:24

"Ermənistan qanunlarını pozmayan rusiyalıların ölkəyə buraxılmasından imtina edilməsi Rusiya Federasiyası ilə qarşılıqlı əlaqələrə ciddi ziyan vurur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Rusiya-Ermənistan media forumunun iştirakçılarına müraciətdə deyib.

 

"Ermənistanın informasiya sahəsində Rusiya haqqında birtərəfli və neqativ məlumatların yayılması meyli üstünlük təşkil edir. “Sputnik Armenia”nın köşə yazarı Aşot Gevorkyan və bloger Mika Badalyanın saxlanması ilə bağlı təxribat Rusiya Federasiyası ilə Ermənistan arasındakı əlaqələri bulanıqlaşdırmaq məqsədi daşıyır. Ermənistanda Rusiya Federasiyasını gözdən salmaq, KTMT və Aİİ-də böhtançılıq gündəmi olan qərbyönümlü media strukturlarının sayı artır", - o qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu