Modern.az

Fərhad Əhmədova tətbiq edilən sanksiyalar LƏĞV EDİLDİ - YENİLƏNİB

Fərhad Əhmədova tətbiq edilən sanksiyalar LƏĞV EDİLDİ - YENİLƏNİB

Dünya

14 Sentyabr 2023, 10:10

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı fərdi sanksiyaların müddətini 2024-cü il martın 15-dək uzadıb.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat verilib.

 

Jurnal, həmçinin Aİ-nin sanksiyalarının uzadılmadığı dörd rusiyalının adını açıqlayıb. Bu siyahıda üç iş adamı var: ESN qrupunun rəhbəri Qriqori Berezkin, “Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqin və “Nortqaz”ın şərikli sahibi Fərhad Əhmədov.

 

Rusiya Silahlı Qüvvələrinin polkovniki Georgi Şuvayevə də qarşı sanksiyalar uzadılmayıb. O, ötən ilin oktyabrında Xarkov vilayətində gedən döyüşlərdəölüb.

 

***

12.09.2023 / 17:12

Avropa İttifaqı (Aİ) əslən Azərbaycandan olan rusiyalı iş adamı Fərhad Əhmədova tətbiq edilən saksiyaları uzatmayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki diplomatik mənbəyə istinadən məlumat yayıb.

 

Ukraynadakı müharibəyə görə "Nortqaz" şirkətinin keçmiş prezidenti və həmsahibi Fərhad Əhmədova tətbiq edilən sanksiyalar sentyabrın 15-də başa çatır.

 

O, 2022-ci il aprelin 8-də Aİ-nin sanksiyalarına məruz qalıb. 2023-cü ilin avqustunda "OilPrice" nəşri Aİ-dəki mənbələrə istinadən yazıb ki, Avropa İttifaqı Əhmədov qarşı sanksiyaları ləğv edə bilər. Nəşrin yazdığına görə, Fərhad Əhmədov Aİ-nin "qara siyahı"sına ona görə salınıb, o, “Kremlə yaxındır və Rusiya Federasiyası hökuməti üçün əhəmiyyətli gəlir mənbəyi təmin edən sektorlarda iştirak edən aparıcı biznesmendir”. Mənbələr qeyd edib ki, Aİ-nin qərarı köhnəlmiş məlumatlara əsaslanır, Fərhad Əhmədov 2012-ci ildə "Nortqaz"ın səhmlərini satıb, 2017-ci ildən isə onun portfelində Rusiya şirkətlərinin səhmləri yoxdur.

 

Agentlik Əhmədovla yanaşı ESN şirkətlər qrupunun sahibi Qriqori Berezkinə və onlayn pərakəndə satış şirkətinin keçmiş baş direktoru Aleksandr Şulqinə də tətbiq edilən sanksiyaları uzatmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu