Modern.az

Kim Çen İn Rusiyada daha nələr edəcək? - Səfər proqramı

Kim Çen İn Rusiyada daha nələr edəcək? - Səfər proqramı

Dünya

13 Sentyabr 2023, 14:28

Şimali Koreya lideri Kim Çen İnin Rusiyaya səfəri çərçivəsində böyük proqramı var.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

 

"Kim Çen İnin Vladivostokdakı proqramının hərbi hissəsi Sakit Okean Donanmasının imkanları ilə tanış olmaq olacaq. Vladivostokda Kim Çen Vn Rusiya Elmlər Akademiyasının dəniz biologiyası ilə məşğul olan bir neçə obyektinə baxış keçirəcək", - Rusiya prezidenti qeyd edib.

 

Məlumata görə, KXDR lideri Komsomolsk-na-Amurda təyyarələrin istehsal olunduğu zavodlara da baş çəkəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu