Modern.az

Daşqınlarda ölənlərin sayı 8 mini keçdi

Daşqınlarda ölənlərin sayı 8 mini keçdi

Dünya

14 Sentyabr 2023, 00:30

Liviyanın şimal-şərq bölgələrində yağan yağış və daşqınlar nəticəsində ölənlərin sayı 8 mini ötüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalına açıqlamasında ölkənin Nümayəndələr Palatasının müşaviri deyib.

 

Onun sözlərinə görə, hazırda 10 mindən çox itkin düşən var.

 

Qeyd edək ki, sentyabrın 10-da Liviyanı cənginə alan “Daniel” siklonu ölkənin şərq rayonlarına son 40 ilin ən güclü yağışlarını gətirib. Nəticədə Binqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə ciddi zərər dəyib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu