Modern.az

Putin Şimali Koreyaya gedəcək 

Putin Şimali Koreyaya gedəcək 

Dünya

14 Sentyabr 2023, 08:20

KXDR lideri Kim Çen İn Rusiya prezidenti Vladimir Putini ölkəsinə dəvət edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Koreyanın səsi" agentliyi yazıb.

 

Məlumata görə, Rusiya prezidenti dəvəti qəbul edib.

 

“Ziyafətdən sonra hörmətli yoldaş Kim Çen İn prezident Putini ürəkdən münasib vaxtda Koreya Xalq Demokratik Respublikasına səfərə dəvət etdi. Prezident Putin dəvəti məmnuniyyətlə qəbul etdi”, - deyə nəşr qeyd edib.

 

Xatırladaq ki, Kim Çen İn Rusiyaya sentyabrın 12-də gəlib. Onun Vladimir Putinlə görüşü sentyabrın 13-də səhər saatlarında Vostoçnıy kosmodromunda baş tutub. Geniş tərkibdə danışıqlar bir saata yaxın davam edib. Sonra Rusiya prezidenti ilə KXDR liderinin təkbətək söhbəti olub. Vladimir Putinin sözlərinə görə, o, KXDR lideri ilə Uzaq Şərq regionundakı vəziyyətlə bağlı “səmimi fikir mübadiləsi” aparıb və kənd təsərrüfatını müzakirə ediblər. Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kim Çen İn Rusiya Federasiyası ilə KXDR arasında tibb və təhsil sahəsində əməkdaşlıq imkanları ilə maraqlanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu