Modern.az

İran Ermənistan-ABŞ təlimlərini TƏNQİD ETDİ 

İran Ermənistan-ABŞ təlimlərini TƏNQİD ETDİ 

Dünya

14 Sentyabr 2023, 09:44

İran XİN başçısı Abdullahian erməni həmkarı Mirzoyanla telefon danışığında Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq regionda hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirib.

 

Modern.az xəbər verir ki, xarici işlər naziri regional dialoqlar və mexanizmlər, o cümlədən "3+3" formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb.

 

***

08:26

İran və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Telefon danışığı Ermənistan baş naziri Nikol Paşinyanla İran Prezidenti İbrahim Rəisi arasındakl müzakirələrin davamı olaraq baş tutub.

 

Ararat Mirzoyan və Hüseyn Əmir Abdullahian Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu