Modern.az

Yağış və palçıq Ukraynaya mane olacaq...

Yağış və palçıq Ukraynaya mane olacaq...

Dünya

17 Sentyabr 2023, 14:30

Yağışlı və soyuq hava Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətində Rusiyanın ikinci və üçüncü müdafiə xəttini keçməsinə mane ola bilər. 

 

Modern.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street” qəzetinə açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin hava kəşfiyyatı batalyonunun əsgəri Aleksandr Solonko bildirib.

 

“Yağış yaxın gələcəkdə işimizi çox çətinləşdirəcək. Palçıq manevr qabiliyyətini məhdudlaşdıracaq. Logistika marşrutları artıq məhduddur və getdikcə seçimlər daha da azalacaq. Zirehli texnikalar üçün imkanlar daralacaq”, - Solonko deyib.

 

Ekspert və hərbi qulluqçuların fikrincə, ən çətin dövr noyabrdan dekabrın ortalarına qədər olacaq, palçıqlı yollar səbəbindən Qərb texnikasından istifadə etməklə iri hücum əməliyyatları həyata keçirmək olduqca çətinləşəcək. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu