Modern.az

Qəzzada ölən və itkin düşən Rusiya vətəndaşlarının sayı açıqlanıb

Qəzzada ölən və itkin düşən Rusiya vətəndaşlarının sayı açıqlanıb

Dünya

13 Noyabr 2023, 09:12

İsraillə Fələstin arasında oktyabrın 7-dən alovlanan qanlı müharibədə ölənlərin sayı hər keçən gün artır.
 

Modern.az xarici KİV-ə istinadən xəbər evrir ki, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində orada ölənlərin sayı 11 mini keçib, 28 mindən çox insan isə yaralanıb.

Rusiyanın rəsmi qurumları münaqişənin gərginləşməsi nəticəsində 20 rusiyalının öldürüldüyünü, 2-sinin girov götürüldüyünü, 7 nəfərin itkin düşdüyünü bildirib.

Müxtəlif mənbələrə görə, təxminən 150 israilli HƏMAS-ın əsirliyində ola bilər. Hərəkat özü bildirib ki, Qəzza zolağında təxminən 200-250 nəfəri əsir saxlayır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək