Modern.az

Fransa müdafiə naziri Şoyqu ilə söhbətlərindən DANIŞDI

Fransa müdafiə naziri Şoyqu ilə söhbətlərindən DANIŞDI

Dünya

13 Noyabr 2023, 09:36

Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, rusiyalı həmkarı ilə arasında kommunikasiya çətin anlarda iki ölkə arasında gərginliyin qarşısını almağa kömək edib.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, o, faydalı və effektiv olarsa, əlaqələri bərpa etməyə hazır olduğunu açıqlayıb.

 

Nazir bildirib ki, həmkarı Sergey Şoyqu ilə 2-3 dəfə danışıb. Onun sözlərinə görə, bu söhbətlər zamanı “potensial eskalasiyanın həlli sahəsində çox konkret şeylər müzakirə olunub”.

 

“Nüvə güclərinin bir-biri qarşısında müəyyən öhdəlikləri var. Bir sıra söhbətlər bizə çox həssas məqamlarda eskalasiyanın qarşısını almağa imkan verdi”, - deyə Lekornu qeyd edib.

 

2022-ci ilin avqustunda Rusiya və Fransanın müdafiə nazirləri Zaporojye atom elektrik stansiyası ətrafındakı vəziyyəti müzakirə ediblər. Həmin ilin oktyabrında onlar yenidən telefon danışıqları aparıblar, bu zaman Şoyqu həmkarına “çirkli bombanın istifadəsi ilə Ukraynadan mümkün təxribatlarla bağlı narahatlığını” çatdırıb. O vaxtdan bəri iki ölkənin nazirləri bir daha bir-birinə zəng etməyiblər.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək