Son 24 saat ərzində Qəzza zolağından 800-dən çox əcnəbi təxliyə edilib.
Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, ən azı 826 xarici pasport sahibi bazar günü Misirlə sərhəddə yerləşən "Rəfah" keçidi vasitəsilə Qəzza zolağından çıxıb.
Məlumata görə, bu, bir gündə Qəzzanı tərk edən əcnəbilərin rekord göstəricisidir. Əvvəlki təxliyə cümə axşamı, 300 xarici vətəndaşın Misirə daxil olduğu vaxt baş tutub.
Xatırladaq ki, Fələstin-İsrail qarşıdurması 7 oktyabrdan bəri davam edir. İndiyə kimi hər iki tərəfdən minlərlə insan həyatını itirib.