Modern.az

Ermənistanda narkotik alverinin miqyası qorxuludur - Deputat

Ermənistanda narkotik alverinin miqyası qorxuludur - Deputat

Dünya

14 Noyabr 2023, 17:32

"Ermənistanda narkotik alverinin miqyası qorxulu şəkildə böyüyür".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu müxalif "Hayastan" blokundan deputat Aqnessa Hamoyan deyib.

 

"Son 5 ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinin dinamik artımı davam edib. 2023-cü ilin 10 ayı ərzində bununla bağlı 3934 cinayət qeydə alınıb, ötən ilin müvafiq dövründə isə 1631 fakt artaraq 141% təşkil edib. Və bunlar sadəcə aşkar olunan hallardır", - o bildirib.

 

Hamoyan hesab edir ki, əgər polis hakimiyyətin əleyhdarlarını təqib etməyi dayandırsa və onların bilavasitə məsuliyyətini üzərinə götürsə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin effektivliyi artacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək