Modern.az

"Brüsseldə Ukrayna üçün sursat anbarım yoxdur"

Dünya

14 Noyabr 2023, 19:04

Avropa İttifaqının (Aİ) baş diplomatı Cosep Borel Ukraynaya 1 milyon artilleriya mərmisinin verilməsinə münasibət bildirib

 

Modern.az xəbər verir ki, bu barədə o, təşkilatın müdafiə nazirlərinin toplantısı zamanı danışıb.

 

“Mənim Brüsseldə sursat anbarım yoxdur. Mən Avropa ordularının ehtiyatlarını səfərbər etməliyəm”, – Borel jurnalistin Aİ-nin Ukraynaya mərmi tədarükü ilə bağlı “yeni rəqəmlərin” olub-olmaması ilə bağlı sualına belə cavab verib.

 

Bu gün səhər saatlarında Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Ukraynaya 1 milyon mərmi tədarük etmək məqsədi əvvəlcədən nəzərdə tutulduğu kimi 2024-cü ilin martına qədər həyata keçirilməyəcək.

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək