Modern.az

Dünyanın diqqəti bu xəstəxanadadır - İsrail hücuma keçdi

Dünyanın diqqəti bu xəstəxanadadır - İsrail hücuma keçdi

Dünya

15 Noyabr 2023, 09:28

İsrail ordusu bu gün səhər saatlarında "Əl-Şəfa" xəstəxanasında HƏMAS-a qarşı reyd keçirib. Ordu xəstəxanada gizlənən silahlıları təslim olmağa çağırıb.

 

Modern.az yerli rəsmilərə və xarici mətbuata istinadən bölgədəki ən son vəziyyəti təqdim edir.

 

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş "Əl-Cəzirə" televiziyasına bildirib ki, İsrail qüvvələri tibb kompleksinin qərb tərəfinə basqın ediblər. "Böyük partlayışlar var və olduğumuz ərazilərə toz daxil olub. Biz partlayışın xəstəxananın içərisində baş verdiyinə inanırıq", - o deyib.

 

Bir neçə saat az əvvəl İsrailin Qəzzadakı rəsmilərə "Əl Şəfa" xəstəxana kompleksinə "yaxın dəqiqələrdə" basqın edəcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.

 

Son günlərdə humanitar atəşkəs üçün qlobal çağırışlar artıb və minlərlə xəstə, tibb işçiləri və qaçqınların yerləşdiyi "Əl Şəfa" beynəlxalq həyəcan mərkəzinə çevrilib.

 

İsrail bildirib ki, HƏMAS xəstəxana kompleksinin altında komanda mərkəzi saxlayır, xəstəxana və altdakı tunellərdən hücum etmək və girovları saxlamaq üçün istifadə edir. HƏMAS İsrailin açıqlamalarını inkar edir.

 

“Kəşfiyyat məlumatlarına və əməliyyat zərurətinə əsasən, İsrail qüvvələri "Əl Şəfa" xəstəxanasında müəyyən bir ərazidə HƏMAS-a qarşı dəqiq və məqsədyönlü əməliyyat həyata keçirir. İsrail Müdafiə Qüvvələrinə mülki şəxslərə heç bir zərər vurmamaq məqsədi ilə bu mürəkkəb və həssas mühitə hazırlaşmaq üçün xüsusi təlim keçmiş tibb qrupları və ərəbdillilər daxildir", - İsrail ordusunun məlumatında deyilir.

 

İsrail ordusunun sözçüsü polkovnik-leytenant Peter Lerner CNN-ə bildirib ki, xəstəxana və bina HƏMAS üçün "əməliyyat mərkəzinin mərkəzi, bəlkə də döyünən ürək və ağırlıq mərkəzidir".

 

ABŞ kəşfiyyatı İsrailin məlumatlarını doğru olduğunu açıqlayıb. HƏMAS bildirib ki, ABŞ-ın bu açıqlaması İsrailin xəstəxanaya basqın etməsi üçün faktiki olaraq "yaşıl işıq" yandırıb. Qruplaşma İsrail və ABŞ prezidenti Co Baydenin əməliyyata görə tam məsuliyyət daşıdığını iddia edib. 

 

İsrail qüvvələri Qəzza şəhərinin mərkəzinə və "Əl-Şəfa" xəstəxanasına doğru irəliləməzdən əvvəl son 10 gün ərzində HƏMAS-a qarşı şiddətli küçə döyüşləri aparıb. İsrail oktyabrın 7-də yaraqlıların hücumuna cavab olaraq HƏMAS-ı məhv edəcəyinə and içib. HƏMAS hücumda 1200 nəfəri öldürüb, 240-dan çox adamı girov götürüb.

 

360 kvadrat kilometrlik "Əl Şəfa" kompleksi Qəzza zolağında yerləşən ən böyük xəstəxanadır. Qəzza şəhərinin kiçik balıqçılıq limanından bir neçə yüz metr məsafədə yerləşən xəstəxana geniş binalar və həyətyanı kompleksdən ibarətdir. Xəstəxana 1946-cı ildə Britaniya mandatlığı dövründə, İngiltərənin Fələstindən çıxmasından iki il əvvəl tikilib. Daha sonra 20 il Misir hakimiyyətinin nəzarətində olub. Basqın edildiyi deyilən qərb tərəfindəki binalara daxili xəstəliklər və dializ şöbələri daxildir. HƏMAS bildirir ki, 650 xəstə və 5-7 min mülki şəxs xəstəxana ərazisinə sığınıb. 

 

BMT-nin Baş katibi Antonio Quterreş xəstəxanalardakı "can itkisindən" dərin narahat olduğunu bildirib. "Bəşəriyyət naminə baş katib təcili humanitar atəşkəsə çağırır", - onun sözçüsü jurnalistlərə deyib.

 

Xəstəxanalar beynəlxalq humanitar hüquq çərçivəsində qorunan binalardır. BMT rəsmiləri bildiriblər ki, "Əl Şəfa"nın hərbi məqsədlər üçün də istifadə olunduğuna dair iddialar vəziyyəti çətinləşdirib, çünki bu, beynəlxalq hüququn pozulmasıdır. Hərbi məqsədlər üçün istifadə edilən xəstəxanalar beynəlxalq hüquq çərçivəsində qorunmur.

 

İsrail çərşənbə günü Qəzza rəhbərliyinə xəstəxana daxilində hərbi fəaliyyətləri dayandırmaq üçün 12 saat vaxt verdiyini bildirib. "Təəssüf ki, olmadı",- hərbi bəyanatda deyilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək