Modern.az

İslandiya vulkan püskürməsinə hazırlaşır - FOTOLAR

İslandiya vulkan püskürməsinə hazırlaşır - FOTOLAR

Dünya

17 Noyabr 2023, 11:44

İslandiya Faqradalsfyal vulkanının püskürməsinə hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

 

Son bir neçə həftə ərzində vulkanın yerləşdiyi ərazidə 1400-dən çox təkan qeydə alınıb. Nəticədə yollar və su kəmərləri zədələnib. Püskürmə yaxın bir neçə saatda, ya da bir neçə gün ərzində baş verə bilər.

 

Daşların və küllərin atılması nəticəsində yaranan tüstü buludu Avropaya çata bilər. Bu arada, vulkandan 8 km aralıda yerləşən Qrindavik liman şəhərinin sakinləri tələsik evlərini tərk edərək, üzərində “boş” mənasını verən “Tómt” yazısı olan lövhələr buraxırlar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?