Ukraynalı qaçqınlar bahalığa görə Kanadanı kütləvi şəkildə tərk edirlər.
Modern.az xəbər verir ki, "Bloomberg" bu barədə yazıb.
Müharibə başlayandan bəri ölkə 200 minə yaxın ukraynalı qəbul edib. Neçə nəfərin qaldığını təxmin etmək çətindir. Lakin Torontodakı Ukrayna-Kanada sosial xidmətinin sosial işçisi Andrey Zavyalov nəşrə bildirib ki, müharibə başlayandan sonra Toronto ərazisindən vətənlərinə qayıdan ən azı 15 ukraynalını şəxsən tanıyır.
"İnsanlar pul tapa bilmir və çox bahalı kirayə pulu və yemək pulu ödəməli olurlar. Belə xərclər immiqrantın cibinə ağır zərbə vurur. İş tapa bilmirlər, pul yoxdur, onlar hər şeyə tanış olduqları Ukraynaya qayıdırlar", - Zavyalov deyib.
Kanadada qiymətlər təkcə yüksək deyil, həm də daim yüksəlir. Bununla belə, qaçqınlardan fərqli olaraq yüksək gəlirli kanadalılar üçün bu məsələ problem təşkil etmir. Bir çox ukraynalı Ukraynaya yox, Avropaya qayıdır. İnsanlar orada yaşamağın daha ucuz və daha tanış olduğunu deyirlər.