Modern.az

Zurabişvili İvanişvilini "Rusiyanın qələbəsini gözləyən oliqarx" adlandırıb

Zurabişvili İvanişvilini

Dünya

17 Noyabr 2023, 14:22

Gürcüstan prezidenti Salome Zurabişvili sabiq baş nazir Bidzina İvanişvili haqqında danışmamaq barədə şəxsi qaydasını pozub.

 

Modern.az xəbər verir ki, Zurabişvili “Le Monde” qəzetinə müsahibəsində hakim "Gürcü Arzusu" Partiyasının kölgədəki liderindən danışıb.

 

Gürcüstan prezidenti İvanişvilini birbaşa Rusiyanın qələbəsini gözləyən oliqarx adlandırıb: “Bu gün Gürcüstan siyasətində İvanişvilidən başqa oliqarx yoxdur”.

 

Zurabişvili deyib ki, o, İvanişvilinin ölkədəki iqtisadi məsələlərə müdaxiləsinin miqyasını qiymətləndirə bilməz, çünki bütün bunlar tamamilə şəffaf deyil: "Lakin o, açığı, hazırkı hökumət rəsmilərinə üstün gəlir".

 

“O, Rusiyanın məğlub olacağını təsəvvür edə bilməyənlərdən biridir, ona görə də əvvəlcədən Rusiyanın qələbəsinə uyğunlaşmağa çalışır. Onun təsiri altında hakimiyyətdə olan, Avropada təhsil almış gənclər Rusiyaya qarşı zəiflik və yaltaqlıq nümayiş etdirirlər. Bu, yeni geosiyasi vəziyyətin pis qavranılmasıdır”, - deyə prezident bildirib.

 

Zurabişvili etiraf edib ki, bir vaxtlar onu avropapərəst namizəd kimi dəstəkləyib. Amma indi Gürcüstan prezidenti hesab edir ki, keçmiş baş nazir Avropa İttifaqına gedən yolda mənfi rol oynayır: “Nəzərə alsaq ki, o, hakimiyyətdəki insanları yanlış qərarlar qəbul etməyə ruhlandırır, bu qənaətə gələ bilərik”.

 

Prezident bildirib ki, deoliqarxizasiyaya cavab qarşıdan gələn seçkilərdə olacaq. Zurabişvili xatırladıb ki, Gürcüstan 30 ildir birpartiyalı idarəetmə sistemindədir, ölkənin əsl koalisiya və Avropayönlü cəbhə ilə azad seçkilərə ehtiyac var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək