Modern.az

Ermənistanda da müəllimlər attestasiyadan keçir - Nazir vədlər verdi

Ermənistanda da müəllimlər attestasiyadan keçir - Nazir vədlər verdi

Dünya

17 Noyabr 2023, 17:13

“Bu il sertifikatlaşdırma üçün 6320 müraciət qəbul etmişik. Attestasiyanın nəticələrinə əsasən, müəllimin bir “stavka” dərs yükünün qiyməti 200 min dramadək artırılacaq, üstəlik 30-20% mükafat veriləcək, bu, 70% və daha yüksək nəticə göstərən müəllimlərə şamil edilir”.

Modern.az xəbər verir ki, bunu təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan Ermənistan hökumətinin iclasında bildirib.
 

Onun sözlərinə görə, bu qərar 125 min dram olan orta əmək haqqını iki dəfə artırmağa imkan verir. Nazir deyib ki, üç il ərzində 3549 müəllimin maaşı artıb.
 

J.Andreasyan bildirib ki, təklif olunan qərara əsasən, könüllü attestasiya zamanı 60-69% nəticə göstərən müəllimlər üçün artım 200 min dram təşkil edəcək, bu, əvvəllər belə olmayıb.

“Bu qərar sayəsində son 3 ilin nəticələrinə görə 1630 müəllim də maaş artımından yararlana biləcək, beləliklə, bizdə 5179 müəllim maaşı artırılacaq”, - nazir bildirib.
 

O, həmçinin deyib ki, qərarın digər bəndində qeyd olunur ki, əvvəlki iki attestasiya zamanı keçid həddini aşa bilməyən, lakin 50-59% nəticə göstərən və ya birinci attestasiyadan ikinci attestasiyaya qədər 15% artıma nail olan müəllimlərə üçüncü dəfə sertifikatlaşdırmadan keçmək imkanı yaradılacaq.
 

Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan da bildirib ki, əvvəlki attestasiyalar nəticəsində 60-69% nəticə göstərən müəllimlər 2023-cü ilin oktyabrından ikiqat maaş alacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək