Modern.az

Saakaşvilinin azadlığa buraxılması müzakirə edilmir

Saakaşvilinin azadlığa buraxılması müzakirə edilmir

Dünya

17 Noyabr 2023, 20:26

Gürcüstan Avropa İttifaqına inteqrasiya naminə eks-prezident Mixail Saakaşvilini azad etmək niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan ədliyyə naziru Rati Breqadze parlamentdə çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması arasında ortaq heç nə yoxdur.

 

"Gürcüstanın Avropa İttifaqına inteqrasiyasının məhkum edilmiş Saakaşvili ilə heç bir əlaqəsi yoxdur, buna görə də bu məsələyə baxılmır", - Breqadze bildirib. O əlavə edib ki, Saakaşvilinin səhhəti yaxşılaşarsa, o, 2022-ci ilin mayından qaldığı özəl Tbilisi klinikasından həbsxanaya köçürüləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...