Modern.az

Bizim Türkiyə ilə diplomatik uğurumuz olmayıb - Paşinyan

Bizim Türkiyə ilə diplomatik uğurumuz olmayıb - Paşinyan

Dünya

18 Noyabr 2023, 17:54

Ermənistan Türkiyə ilə də dialoq aparır.

Modern.az xəbər verir ki, bunu noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) İrəvanda keçirilən iclasında deyib.

“Keçmişdə diplomatik münasibətlərin qurulmasında heç bir uğur qazanmasaq da, bizim belə fəal dialoqumuz olmayıb. Lakin Ermənistanın Türkiyə ilə münasibətlərinin tənzimlənməsi Cənubi Qafqazda sülhsevər, inkişaf edən mühitin strateji baxışı üçün mühüm amildir”, - Paşinyan bildirib.

O, ümid etdiyini deyib ki, yaxın vaxtlarda Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı xəbərlər eşidə biləcəyik.

“Bu, çox simvolik bir addım olacaq. Ümid edirik ki, Cənubi Qafqazı dünyaya xoş xəbərlər çatdıracaq regiona çevirək”, - Paşinyan bildirib.


O vurğulayıb ki, Ermənistan Respublikası və şəxsən özü bu məqsədə nail olmaq üçün lazımi məsuliyyəti daşımağa hazırdır.

Xatırladaq ki, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək