Modern.az

Ermənistanda Rusiyaya ucuz maşın satanlar ifşa olundu

Ermənistanda Rusiyaya ucuz maşın satanlar ifşa olundu

Dünya

27 Noyabr 2023, 14:56

Ermənistanda Rusiya ilə bağlı fırıldaqçılıq sxemi ifşa edilib.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

 

Belə ki, bir qrup şəxs avtomobil ixrac-idxal şirkəti yaradaraq cəmi 748 ədəd avtomobil alıb Rusiya Federasiyasına ixrac ediblər. 221 avtomobil Rusiya şirkətinə, 527-si Rusiya Federasiyası vətəndaşlarına verilib, onlardan 224-ü dəyərindən aşağı qiymətə qeydiyyata alınıb.

 

"Araşdırmalar nəticəsində dövlətə dəymiş 1,727 milyard dram (təxminən 4,2 milyon dollar) məbləğində ziyan bərpa edilib", - məlumatda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək