Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan danimarkalı həmkarı Lars Lokke Rasmussen ilə görüş keçirib.
Modern.az xəbər verir ki, Mirzoyan bu barədə X-də paylaşım edib.
Bildirilib ki, nazirlər həm ikitərəfli, həm də regional mövzular ətrafında fikir mübadiləsi aparıblar. "Sülhün kəsişməsi" layihəsi görüş zamanı gündəmdə olub.
Qeyd edək ki, görüş ATƏT XİN başçılarının Makedoniyanın paytaxtı Skopyedə keçirilən toplantısı çərçivəsində baş tutub.
