Modern.az

Netanyahunun ofisi atəşkəsin pozulmasından NƏ DEYİR?

Netanyahunun ofisi atəşkəsin pozulmasından NƏ DEYİR?

Dünya

1 Dekabr 2023, 11:38

"HƏMAS girovları azad etməkdən imtina edərək atəşkəs rejimini pozub".

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən bildiriblər.

 

Qeyd olunub ki, HƏMAS cümə günü bütün oğurlanmış qadınları azad etmək öhdəliyini yerinə yetirməyərək atəşkəs razılaşmasının şərtlərini pozub və İsrailə raket hücumlarını bərpa edib.

 

Bəyanatda həmçinin vurğulanıb ki, İsrail hərbi əməliyyatlara qayıtmaqla yanaşı, girovları azad etmək, HƏMAS-ı məhv etmək və Qəzza zolağının “İsrail xalqı üçün heç vaxt təhlükə yaratmayacağına” təminat vermək kimi məqsədlərinə çatmağa sadiqdir.

 

Qeyd edək ki, 7 oktyabrdan başlayan Fələstin-İsrail qarşıdurmasında 4 günlük atəşkəs elan olunmuşdu. Sonradan atəşkəsin müddəti bir neçə gün uzadılsa da, bu gün səhər saatlarında yenidən toqquşmalar başlayıb. İndiyə kimi hər iki tərəfdən minlərlə insan həyatını itirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!