Modern.az

Ukrayna hərbi texnika istehsalını artıracaq - DƏFƏLƏRLƏ

Ukrayna hərbi texnika istehsalını artıracaq - DƏFƏLƏRLƏ

Dünya

1 Dekabr 2023, 11:52

Ukrayna 2024-cü ildə raket, sursat, silah və texnika istehsalını bir neçə dəfə artıracaq.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyi açıqlayıb.

 

Bildirilib ki, əsas diqqət hava hücumundan müdafiə sistemlərinin istehsalına yönəldiləcək. Adi portativ hava hücumundan müdafiə sistemlərindən tutmuş 100 kilometrdən çox uçuş məsafəsi olan hava hücumundan müdafiə sistemlərinə qədər - məsələn, "Coral" hava hücumundan müdafiə sistemi və s. nəzərdə tutulur.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!