Modern.az

Almaniyanın Rusiyadakı daha bir diplomatik nümayəndəliyi BAĞLANDI

Almaniyanın Rusiyadakı daha bir diplomatik nümayəndəliyi BAĞLANDI

Dünya

1 Dekabr 2023, 12:44

Almaniyanın Rusiyanın Yekaterinburq şəhərindəki konsulluğu bağlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.


 
Vurğulanıb ki, bundan əvvəl Kalininqraddakı Baş Konsulluq da fəaliyyətini dayandırıb.

 

May ayında Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Almaniyadakı 5 baş konsulluğundan 4-nün və Rusiyadakı 4 baş konsulluğundan 3-nün bağlandığını elan edib.

 

Bununla da Almaniyanın Novosibirsk, Yekaterinburq və Kalininqradda yerləşən diplomatik nümayəndəlikləri fəaliyyətini dayandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!