Modern.az

Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırıldı

Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırıldı

Dünya

1 Dekabr 2023, 13:12

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb.

 

Modern.az "Report"a istinadən məlumat verir ki, bu barədə keçmiş prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Belə ki, hazırda Ali Radanın (parlament) deputatı olan P. Poroşenkonun hərbi rejim zamanı xarici ezamiyyət icazəsinin olmasına baxmayaraq bu gün Ukraynanın sərhədindən xaricə buraxılmayıb.

 

Ukrayna rəsmi orqanları bu barədə heç bir açıqlama verməyiblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...