Modern.az

Belarusa casusluq edən qadın saxlanılıb

Belarusa casusluq edən qadın saxlanılıb

Dünya

9 Yanvar 2024, 12:54

Polşada casusluqda və Belarus təhlükəsizlik xidmətlərinə Polşadakı diaspora haqqında məlumat verməkdə şübhəli bilinən qadın saxlanılıb. 

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Polşanın Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb.

 

Qərbin Ukraynaya hərbi təchizat mərkəzi olan Polşanın mövqeyi belədir ki, Moskva və onun müttəfiqi Belarus sabitliyi pozmağa cəhd edir, ölkə Rusiya casuslarının əsas hədəfinə çevrilib.

 

“2023-cü il dekabrın 20-də Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Belarus xüsusi xidmət orqanlarına - Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə casusluq etməkdə şübhəli bilinən Belarus vətəndaşını saxlayıblar”, - məlumatda deyilir.

 

Qadına qarşı ittiham irəli sürülüb və 3 ay müddətinə həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!