Modern.az

Qəzzada ölənlərin sayı 27 365 nəfərə çatdı

Qəzzada ölənlərin sayı 27 365 nəfərə çatdı

Dünya

4 Fevral 2024, 15:12

Qəzzada həlak olanların sayı 27 365 nəfərə çatıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, hərbi əməliyyatlar zamanı daha 66 630 nəfər yaralanıb.

 

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və o cümlədən uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox sakinin girovun əsir götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

 

İsrail tərəfi buna cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatını başlayıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində