Modern.az

Rusiyanın 5 qırıcısı VURULDU

Rusiyanın 5 qırıcısı VURULDU

Dünya

4 Avqust 2025, 15:22

Ukrayna Təhlükəsizlik Xidmətinin pilotsuz uçan aparatları Krımdakı Saki aerodromuna zərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə Xidmətin teleqram kanalında məlumat yayılıb.

Məlumata görə, bazada Rusiyaya məxsus 5 qırıcı məhv edilib.

Qeyd edilir ki, Rusiyanın Su-30SM qırıcılarından biri məhv edilib, biri zədələnib. Hücum zamanı Üç Su-24 təyyarəsi də vurulub.

Krımın teleqram kanalları gecə saatlarında Saki və Kaça aerodromlarına pilotsuz uçuş apratlarının hücumu barədə məlumat yayıb .

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi gecə Qara dəniz üzərində 18, Krım üzərində isə 11 pilotsuz uçan aparatın məhv edildiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Baş nazirin mülkləri niyə indi ÜZƏ ÇIXDI - Ölkədə nə baş verir?