Rusiya ABŞ və Ukrayna ilə mümkün danışıqların Azərbaycanda keçirilməsinə razılıq verə bilər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Vladimir Cabarov danışıb.
O bildirib ki, Azərbaycan belə görüşlər üçün uyğun məkan hesab olunur:
“Normal yerdir, hazırda Azərbaycanla münasibətlərimiz yaxşıdır. Əgər Azərbaycan bütün iştirakçıların təhlükəsizliyini təmin etməyə hazırdırsa, düşünürəm ki, bizim danışıqlar qrupunun üzvləri rahat şəkildə Azərbaycana gələ bilər”.
Rusiya rəsmisinin fikirləri Podem nəşrinə açıqlamasında səsləndirilib.
Qeyd edək ki, son dövrlər müxtəlif platformalarda Rusiya, ABŞ və Ukrayna arasında mümkün danışıqların keçirilməsi ilə bağlı müzakirələr intensivləşib. Azərbaycan isə daha əvvəl də beynəlxalq görüşlər üçün neytral və təhlükəsiz məkan kimi çıxış edib.