Modern.az

Qalibaf istefa verib? - Rəsmi AÇIQLAMA

Qalibaf istefa verib? - Rəsmi AÇIQLAMA

Dünya

Bu gün, 16:30

İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Baqir Qalibafın ölkənin ABŞ-la danışıqlar heyətinin rəhbərliyindən istefa verməsi ilə bağlı iddiaları təkzib edilib.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran parlamentinin Media Mərkəzinin rəhbəri İman Şəmsayi sosial şəbəkədəki paylaşımında bəzi şəxslər və qruplar tərəfindən irəli sürülən “Qalibafın danışıqlar heyətinin rəhbərliyindən ayrılması” iddiasının yalan olduğunu bildirib.

“Bəzi şəxslərin doktor Qalibafın danışıqlar heyətinin rəhbərliyindən kənarlaşdırılması ilə bağlı yeni iddiası açıq-aşkar yalan və tam əsassızdır. Bu, dünən hərbi komandirləri hədəfə alan, bu gün isə şəhidlərin nüfuzuna hücum edən dağıdıcı xəttin davamıdır.
Hərbi komandirlərə, Ali Rəhbərin ofisinə və böyük təqlid mərcələrinə qarşı hücum tarixçəsi olan bir qrupdan bundan başqa davranış gözləmək olmaz...

Bir daha vurğulayıram: doktor Qalibaf hələ də danışıqlar heyətinin rəhbəridir və eyni zamanda möhtərəm prezidentin təklifi və Ali Rəhbərin təsdiqi ilə Çin məsələləri üzrə sistemin xüsusi nümayəndəsi təyin olunub”, - deyə parlamentin sözçüsü qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı