Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanı rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Tokayev seçkilərin beynəlxalq müşahidəçilərin ilkin qiymətləndirmələrinə əsasən ölkənin seçki qanunvericiliyinə uyğun, açıq və vətəndaşların iradəsini sərbəst ifadə etməsi üçün lazımi şəraitdə keçirildiyini qeyd edib.
Qazaxıstan lideri Paşinyana Ermənistanın milli maraqları naminə fəaliyyətində uğurlar arzulayıb və ölkəsinin Ermənistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, iyunun 7-də keçirilən parlament seçkilərində bülletenlərin 90%-dən çoxunun hesablanmasından sonra Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 50,25 faiz səslə liderdir.