Modern.az

MDB müşahidəçiləri: seçkilərdə ciddi pozuntular olmayıb

MDB müşahidəçiləri: seçkilərdə ciddi pozuntular olmayıb

Dünya

8 İyun 2026, 11:36

MDB müşahidə missiyası Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə təsir göstərə biləcək pozuntular aşkar etmədiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bunu iyunun 8-də keçirilən mətbuat konfransında MDB müşahidə missiyasının rəhbəri, MDB baş katibinin müavini Nurlan Seytimov deyib.

Onun sözlərinə görə, qeydə alınan ayrı-ayrı çatışmazlıqlar texniki xarakter daşıyıb və operativ şəkildə aradan qaldırılıb.

“Seçkilərin nəticələrinə təsir göstərə biləcək pozuntular müəyyən edilməyib”, – Seytimov bildirib.

O əlavə edib ki, Ermənistan parlamentinə seçkilər ölkənin Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun keçirilib, səsvermə açıq və rəqabətli şəraitdə baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr