Modern.az

Ermənistan parlamentində mandatlar belə bölüşdürüləcək

Ermənistan parlamentində mandatlar belə bölüşdürüləcək

Dünya

8 İyun 2026, 12:40

Ermənistanda keçirilən parlament seçkilərində Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyası parlamentə düşə bilməyib.

Modern.az xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, partiya səslərin 3,996 faizini toplayıb.

Beləliklə, “Çiçəklənən Ermənistan” Partiyası parlamentdə təmsil olunmaq üçün tələb olunan seçki baryerini aşa bilməyib.

Ermənistanda parlament seçkilərinin rəsmi nəticələrinin açıqlanmasından sonra keçmiş ədliyyə naziri Arpine Ovannisyanın hesablamalarına əsasən, yeni çağırış parlamentdə əsas siyasi qüvvələrin mandat bölgüsü belə olacaq:

-“Vətəndaş Müqaviləsi” Partiyası – 64 mandat

-“Güclü Ermənistan” bloku – 29 mandat

-“Ermənistan” bloku – 12 mandat

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr