ABŞ dövlət katibi Marko Rubio Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, Rubio bildirib:
“Baş nazir Nikol Paşinyanı və onun partiyasını yenidən seçilmələri münasibətilə təbrik edirik.
Birləşmiş Ştatlar Baş nazir Paşinyanı və Ermənistanı sülhə nail olmaq istiqamətindəki səylərində dəstəkləyir. Biz tarixi Vaşinqton Sülh Sammitinin məqsədlərinin irəlilədilməsi, o cümlədən “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun (TRIPP) praktiki şəkildə həyata keçirilməsi istiqamətində tam sadiqliyimizi ifadə edirik.
Biz həm Cənubi Qafqazda, həm də onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təmin olunması naminə birgə işləməyi səbirsizliklə gözləyirik”.