Modern.az

Hava limanında 82 reys təxirə salınıb

Hava limanında 82 reys təxirə salınıb

Dünya

Bu gün, 11:52

Rusiyanın Soçi Beynəlxalq Hava Limanında 82 reysin uçuşu və enişi təxirə salınıb. 

Modern.az xəbər verir ki, bu barədə hava limanının onlayn məlumat lövhəsində bildirilib.

Məlumata əsasən, 39 reysin uçuşunda gecikmə qeydə alınıb. Gecikən reyslər arasında Novosibirsk, Omsk, Tümen, Astana, Tbilisi, Antalya, Mahaçqala, Nadım, İrəvan, İjevsk, Namanqan, Çelyabinsk, Sıktıvkar, Murmansk, Xantı-Mansiysk, Kazan, Daşkənd, Samara, Batumi, Çeboksarı, İstanbul və Dalaman istiqamətləri yer alır. Bundan əlavə, Ufa və Nijni Novqoroda iki, Yekaterinburqa dörd, Moskvaya isə doqquz reys gecikir.

Soçiyə enməsi nəzərdə tutulan 43 reysdə də gecikmə müşahidə olunur. Bunlar Çelyabinsk, Kurqan, Namanqan, Novosibirsk, İjevsk, Omsk, Daşkənd, Tbilisi, Bişkek, Mahaçqala, Tomsk, Antalya, İrəvan, Çeboksarı, Dalaman, Sıktıvkar və Nijni Novqoroddan gələn reyslərdir. Samara, Kazan, Ufa və Surqutdan iki, Tümendən üç, Permdən dörd, Moskvadan beş, Yekaterinburqdan isə altı reys gecikib.

Qeyd edək ki, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) son günlər Soçi hava limanında hava gəmilərinin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə Krasnodar və Gelencik hava limanlarında da məhdudiyyətlər tətbiq olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR!