Modern.az

Putin Paşinyanı təbrik etməyə tələsmir

Putin Paşinyanı təbrik etməyə tələsmir

Dünya

Bu gün, 15:02

Kreml Ermənistan parlament seçkilərinin yekun nəticələri açıqlanana qədər baş nazir Nikol Paşinyanı təbrik etməyə tələsməyəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva seçkilərin yekun nəticələrinin rəsmi şəkildə elan olunmasını gözləyir.

“Biz yekun nəticələrin açıqlanmasını gözləməyi üstün tuturuq. Bundan sonra müvafiq qiymətləndirmələr veriləcək”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,83 faizini toplayaraq lider mövqedə qərarlaşıb. Bununla belə, seçkilərin yekun nəticələri hələ rəsmi şəkildə təsdiqlənməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi