İtaliyanın Baş naziri Giorgia Meloni Ukrayna üzrə mümkün danışıqlarda Avropanın vahid nümayəndəsi qismində Alexander Stubb namizədliyini irəli sürməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə İtaliyanın nüfuzlu "Corriere della Sera" nəşri məlumat yayıb.
Məlumata görə, Ukrayna ilə bağlı danışıqlar üçün Avropa İttifaqının vahid nümayəndəsinin namizədliyi qarşıdan gələn Avropa İttifaqı və G7 sammitlərində müzakirəyə çıxarıla bilər.
Nəşr yazır ki, Finlandiya Prezidentindən başqa, Almaniyanın sabiq kansleri Angela Merkel və İtaliyanın keçmiş Baş naziri Mario Draghi də mümkün namizədlər sırasında nəzərdən keçirilir.
Mənbənin iddiasına görə, Stubbun üstün cəhətlərindən biri onun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə şəxsi tanışlığının olmasıdır. Bildirilir ki, onlar ən azı 2022-ci ilə qədər dostluq münasibətlərini qoruyub saxlayıblar.