Modern.az

Türkiyə Rusiya-Ukrayna danışıqları üçün aktivləşib - Ərdoğan

Türkiyə Rusiya-Ukrayna danışıqları üçün aktivləşib - Ərdoğan

Dünya

Bu gün, 09:54

Türkiyə Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar platformasının yenidən fəallaşdırılması istiqamətində aktiv iş aparır.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Fredrix Merts ilə telefon danışığı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, hazırda bu istiqamətdə diplomatik səylər daha da intensivləşdirilib. Onun sözlərinə görə, Türkiyə Ukrayna müharibəsinin başa çatması, sabit və davamlı sülhün təmin olunması üçün fəal addımlar atır və prosesə yeni diplomatik təkan vermək məqsədilə geniş iş aparır.

Xatırladaq ki, 2025-ci ildə İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndələri arasında birbaşa danışıqların üç raundu keçirilib. Ankara dəfələrlə bəyan edib ki, Ukrayna böhranının həlli naminə həm danışıqlar, həm də liderlər səviyyəsində sammit üçün platforma təqdim etməyə hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada