Modern.az

Kadırovla bağlı hamını təəccübləndirən xəbər yayıldı

Kadırovla bağlı hamını təəccübləndirən xəbər yayıldı

Dünya

Bu gün, 17:41

Çeçenistan rəhbəri Ramzan Kadırov ilk dəfə “Vahid Rusiya” partiyasının Rusiya Dövlət Dumasına seçkilər üzrə federal siyahısına daxil edilməyib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, Çeçenistan üzrə siyahıya Dövlət Dumasının deputatları Şamsail Saraliyev, Ruslan Leçxadiyev və Axmed Doqayev, eləcə də Kadırovun yaxın çevrəsindən olan Çeçenistan baş naziri Maqomed Daudov, onun birinci müavini İsa Tumxadiyev və administrasiya rəhbəri Qalas Taymasxanov daxil edilib.

Həmçinin Kadırovun daha bir yaxın silahdaşı - Adam Delimxanov “Vahid Rusiya”dan təkmandatlı dairə üzrə namizəd olub.

Qeyd edək ki, 2007-ci ildən bəri Ramzan Kadırov hər seçkidə “Vahid Rusiya”nın regional siyahısına rəhbərlik edirdi.

Bundan əlavə, Çeçenistan rəhbəri 28 iyunda keçirilən “Vahid Rusiya” qurultayında da iştirak etməyib.

Son illərdə Kadırovun səhhətinin ağır olması ilə bağlı iddialar dəfələrlə gündəmə gəlsə də, o, bu məlumatları təkzib edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada