Modern.az

Paşinyan Azərbaycanla Türkiyəni vurğuladı

Paşinyan Azərbaycanla Türkiyəni vurğuladı

Dünya

2 İyul 2026, 12:39

Enerji əlaqələrinin genişləndirilməsi, nəqliyyat əlaqələrinin açılması ilə paralel şəkildə regional enerji inteqrasiyasının da gücləndirilməsi vacibdir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə birgə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.

"“Sülhün kəsişməsi” layihəsi çərçivəsində regionda nəqliyyat əlaqələrinin bərpası ilə yanaşı, enerji bağlantılarının da genişləndirilməsi mühüm rol oynayır. Bu proses Türkiyə və Azərbaycanla enerji əlaqələrini də əhatə edir. Elektrik ötürmə xətlərinin və birləşdirici infrastrukturun tikintisi həm enerji təhlükəsizliyinə, həm də “yaşıl keçid” prosesinə töhfə verə bilər",- deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, Ursul fon der Leyen daha əvvəl Bakıya səfəri zamanı Avropa İttifaqının Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün 200 milyon avro ayıracağını açıqlamışdı.

Sizə yeni x var
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...