Modern.az

Kiyevə hücumda ölənlərin sayı artdı

Kiyevə hücumda ölənlərin sayı artdı

Dünya

Bu gün, 09:27

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücum nəticəsində həlak olanların sayı 30 nəfərə yüksəlib.

Modern.az xəbər verir ki, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, xilasedicilər dağıntılar altından daha üç nəfərin cəsədini çıxarıblar.

Məlumata əsasən, hücum zamanı azı 20 yaşayış binasına birbaşa zərbələr endirilib. Hadisə nəticəsində 90-dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi isə hücumun Rusiya ərazisindəki mülki obyektlərə qarşı həyata keçirilən hücumlara cavab olaraq təşkil edildiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada