ABŞ Prezidenti Donald Trump bildirib ki, İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində ağlayan iranlıları görəndə təəccüblənib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə Cənubi Dakota ştatında keçirilən tədbirdə Tramp gündəmdə olan məsələlərdən danışıb.
O, Tehranda davam edən Ayətullah Xameneinin dəfn mərasimi barədə deyib:
"İranlıların ağladığını görəndə təəccübləndim. Çünki insanların Xameneiyə nifrət etdiyini düşünürdüm".
Trampın bildirib ki, iranlılara dəfn mərasimi üçün bir həftə vaxt veriblər: "Biz onlara dəfn mərasimi üçün bir həftəlik fasilə verdik, çünki biz yaxşı insanlarıq".
Fevralın 28-də ABŞ və İsrailin hücumu nəticəsində həlak olan İranın keçmiş ali lideri Ayətullah Əli Xamenei son mənzilə yola salınır. Onun nəşi iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.

A.Qorxmaz