Modern.az

“Zelenski Putinlə görüşmək üçün Moskvaya gələ bilər” - Kreml cavab verdi

“Zelenski Putinlə görüşmək üçün Moskvaya gələ bilər” - Kreml cavab verdi

Dünya

Bu gün, 10:40

Ukrayna Prezidenti Volodimir Zelenski məsuliyyətli qərarlar qəbul etməyə hazır olan kimi, Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gələ bilər.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Peskov bildirib ki, əgər Zelenski bu yolla Rusiyaya gəlməyə hazır olduğunu ifadə edərsə, Kreml bunu alqışlayar.

O bu fikirləri Zelenskinin Putinlə Konstantinovkada görüşmək təklifini şərh edərkən "Komsomolskaya Pravda" radiosunun efirində səsləndirib.

Peskov xatırladıb ki, Rusiya Prezidenti daha əvvəl Zelenskini Moskvada qəbul etməyə hazır olduğunu bildirmişdi və əlavə edib ki, Rusiyanın paytaxtı Konstantinovka deyil, məhz Moskvadır.

Xatırladaq ki, Volodimir Zelenski sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Konstantinovkanın guya Rusiya ordusunun nəzarətinə keçdiyi barədə Putinin iddiasını yalan adlandırıb.

Zelenski əlavə edib ki, əgər Konstantinovka həqiqətən də Rusiyanın nəzarətindədirsə, o zaman Putin orada onunla görüşərək müharibənin başa çatdırılması üçün diplomatik həll yollarını müzakirə edə bilər.

"Əgər Konstantinovka indi Rusiyanın nəzarətindədirsə, yəqin ki, Putin mənimlə orada görüşməkdə və nəhayət müharibəni bitirəcək diplomatik həll yollarını tapmaqda problem yaşamaz. Amma o, cəbhə xəttini keçməyəcək, çünki həqiqət Putinin dediklərindən tamamilə fərqlidir", – deyə Zelenski qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV